Türkiyə qazı Balkan dəhlizi üzərindən revers yolu ilə Avropaya çatdırılmasını təklif edib

11:41 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Türkiyənin “Botas” şirkəti Balkan Dəhlizi vasitəsilə Avropa İttifaqına metanın revers rejimdə çatdırılmasını təklif edib. Söhbət əvvəllər Rusiyanın, ondan əvvəl isə Sovet qazının Ukrayna vasitəsilə Rumıniya və Türkiyəyə gəldiyi qaz kəmərindən gedir.

ABC.AZ xəbər verir ki, şirkət boru kəmərinin gücünü Türkiyə və Rumıniya sərhədindəki Malkoclar-Stranca sərhəd məntəqəsi vasitəsilə sifariş etməyi təklif edib. Sifariş cari ilin I və IV rüblərində — gündə 10 milyon kubmetrə qədər, II və III rüblər üçün — 11 milyon kubmetrə qədər təşkil edəcək.

Ehtimal ki, Türkiyə mavi yanacağı Rusiyadan və ya Azərbaycandan tədarük edəcək.