10:23 - 15.02.2024
15 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 227.1 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 10.6% çoxdur.
Qeyd edək ki, cari ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
21 Avqust 2026