15:29 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Hazırda İran əhalisinin 95%-dən çoxu (əsasən şəhər əhalisi) təbii qazdan istifadə edir.
ABC.AZ xəbər verir ki, ölkənin 1253 şəhəri və 39.700 kəndi milli qaz şəbəkəsinə qoşulub. Belə ki, 98,57% şəhər sakini, 86,11%-i kənd sakini təbii qazdan istifadə edir. Ölkənin qaz kəmərlərinin uzunluğu 39 219 km-dir.
İranın Fars körfəzindəki Qətərlə bölüşdüyü Cənubi Pars qaz yatağı ölkəyə qaz tədarükündə mühüm rol oynayır. "Cənubi Pars" qaz şirkəti İranın Milli Qaz Şirkətinin (NIGC) ölkənin nəhəng qaz yatağının sahil obyektlərini (1-dən 24-ə qədər fazaları) idarə edən ən böyük törəmə şirkətidir.
Məlumata görə, Cənubi Pars qaz yatağı dünya ehtiyatlarının təxminən 8 faizini təşkil edən əhəmiyyətli miqdarda təbii qaz və təxminən 18 milyard barel kondensat ehtiva edir.
21 Avqust 2026