10:44 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Bu gün Amerika S&P indeksinin fyuçersləri 0,04% azalaraq 5041,75 bənd təşkil edir. Ötən gün ABŞ indeksləri əsasən 0,6-1,2% artımla başa çatdı, yalnız DJIA 0,14% azaldı.
ABC.AZ xəbər verir ki, bazar ertəsi günü Hong Kong, Tayvan və Cənubi Koreya da daxil olmaqla Yeni ay ili qeyd etmələri üçün Asiya-Sakit Okean bölgəsindəki bir çox iri birja bağlanıb, buna görə də Asiyada ticarət ləng gedir. Beləliklə, Yaponiyanın Nikkei 225 indeksi 0,09% artaraq 36897,42 bəndə çatır.
Neft ucuzlaşır: Brent fyuçersləri 0,46%, bir barel üçün 81,81 dollara, WTI qiyməti 0,49%, 76,46 dollara düşür.
21 Avqust 2026