Litvada neft terminalında baş verən qəza nəticəsində Baltik dənizinə 1,8 tona qədər neft axıb

15:44 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Litvanın Butinqe qəsəbəsindəki Orlen Lietuva neft terminalında baş verən qəza nəticəsində Baltik dənizinə ən azı 1,8 ton neft axıb.

ABC.AZ xəbər verir ki, bu barədə Litva ətraf Mühit Nazirliyi yanında Təbiəti Qoruma şöbəsinin müdiri Vidmantas Tilvikas məlumat verib.

Şirkətin sözlərinə görə, texniki insident səbəbindən 300 kq-a yaxın neft tökülüb.

Məlumata görə, neft ləkəsinin uzunluğu 9 km, eni isə 2 km-ə çatıb. Çirklənmə Latviyanın ərazi sularına çatıb.

Orlen Lietuva - nın məlumatına görə, qəzaya tankerin yüklənməsi zamanı şlanqların ayrılması səbəb olub.