11:15 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. ABŞ Rusiya Federasiyasından bu komponentdən asılılığını azaltmaq üçün zənginləşdirilmiş uran istehsalını artıracaq. Bu məqsədlər üçün təxminən 2,2 milyard dollar ayrılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin rəhbərinin köməkçisi Ketrin Haff bildirib.
Onun sözlərinə görə, ABŞ Böyük Britaniya, Kanada, Fransa və Yaponiyanın dəstəyi ilə yeni uran tədarük zənciri şəbəkəsi yaratmağı planlaşdırır ki, nəticədə Rusiyadan uran alışından imtina etsin.
21 Avqust 2026