15:24 - 23.01.2024
23 yanvar, Fineko/abc.az. Çexiyanın Baş naziri Pyotr Fiala bildirib ki, yaxın vaxtlarda ölkə Rusiya enerji ehtiyatlarından asılılıqdan tamamilə xilas olacaq.
ABC.AZ xəbər verir ki, Fiala qeyd edib ki, Çexiyanın keçən ilin payızından etibarən Hollandiyadakı LNG terminalı vasitəsi ilə müxtəlif ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) alınır. 2027-ci ildən etibarən Çexiya üçün LNG-nin tədarükü Almaniyada hazırda tikilməkdə olan terminal vasitəsilə həyata keçiriləcək.
"Bizim kifayət qədər qaz ehtiyatımız var və biz, ölkədəki qaz infrastrukturuna nəzarəti təmin etmişik", — deyə Fiala əlavə edib.
21 Avqust 2026