Alman jurnalist: ISAR 2 atom elektrik stansiyasının ləğvi Almaniyanın nüvə enerjisini məhv edəcək

10:24 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Almaniyanın axırınıc atom stansiyasının bağlanması və ləğvi ölkənin nüvə enerjisini məhv edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə məqalədə alman jurnalist, nüvə enerjisi mütəxəssisi Manfred Haferburg yazır.

Haferburg, Bavariyada ISAR 2 AES-də işlədiyini qeyd edib. Onun fikrincə, bu stansiya dünyanın ən yaxşı AES-lərindən biridir, əla vəziyyətdədir və müntəzəm modernləşdirmə ilə 40 il daha təhlükəsiz və iqtisadi cəhətdən istismar edilə bilər.

Müəllif xatırladır ki, ISAR 2 15 aprel 2023-cü ildə bağlanmışdı və stansiya məhv ediləcək. Onun sözlərinə görə, bu enerji obyektinin dəyəri bir neçə milyard avro dəyərindədir və indi bu pullar sadəcə atılacaq.