“Saudi Aramco” Qırmızı dənizdəki münaqişənin nəticələrini açıqlayıb

19:44 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Qırmızı dənizdə tankerlərə edilən hücumlar gəmi çatışmazlığına və neft tədarükünün gecikməsinə səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Səudiyyə neft nəhəngi “Saudi Aramco”nun baş direktoru Amin Nasser bildirib.

Ümumiyyətlə, bazar husilərin hücumları səbəbindən fasilələrin öhdəsindən gələcək, lakin uzun sürmədiyi təqdirdə. Hücumlar uzanarsa, bu, daşıyıcı tankerlərin çatışmazlığına və müvafiq olaraq neft tədarükünün gecikməsinə səbəb olacaq.
Son iki ildə əsas neft istehlak edən ölkələr 400 milyon barellik dəniz və daxili ehtiyatlarını tükədiblər. Belə ki, dünya ehtiyatları beş illik orta göstəricinin aşağı həddinə enib. Bu səbəbdən OPEC, xammala artan tələbat şəraitində qara qızılın əlavə tədarükünün əsas mənbəyinə çevrilir.