16:33 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Naxçıvanda "yaşıl enerji" istehsalını təmin etmək üçün müxtəlif şirkətlərlə müqavilələr imzalanıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
“Torpaq sahələrinin müəyyənləşdirilməsi işləri demək olar ki, yekunlaşmaq üzrədir və bundan sonra növbəti mərhələyə, yəni icra müqavilələrinə və investisiya müqavilələrinin imzalanmasına şahidlik edəcəyimiz günü səbirsizliklə gözləyirik. Yəqin ki, tez bir zamanda bərpa olunan enerji mənbələrindən istehsalla paralel Yaşıl Enerji Zonası üçün xas olan digər elementlərinin də Naxçıvan Muxtar Respublikasında tətbiqinə şahidlik edəcəyik” - deyə Agentlik direktoru bildirib.
Qeyd edək ki, Naxçıvanın “yaşıl enerji”nin texniki potensialı 5 QVt dəyərləndirilir, ən azı isə 1 500 MVt həcmində potensial mövcuddur. Naxçıvanın orta enerji istehlakı isə 60 MVt təşkil edir.
21 Avqust 2026