10:45 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Hindistan, Rusiya neftinin dənizdən gətirilən partiyalarının ən böyük idxalçısı olaraq, getdikcə Rusiya Federasiyasından xammal qiymətlərinin aşağı düşməsində israr edir.
ABC.AZ xəbər verir ki, məlumata görə, Hindistan hakimiyyəti "Saxalin-1" layihəsindən neft alışındakı fasiləni dekabr ayında ABŞ-ın sərtləşdirdiyi neft qiymətləri tavanının şərtlərinə riayət etmək istəyi ilə izah edir. Rusiya ilə Hindistan arasında razılaşmaların olmaması ona gətirib çıxardı ki, Saxalin nefti ilə yüklənmiş onlarla tanker hazırda dənizdə gözləyir.
21 Avqust 2026