“Akkuyu” AES-in tam işə salınması Türkiyənin 2028-ci ilədək inkişaf planına daxil edilib

15:11 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. “Akkuyu” AES-in tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxil edilib. Müvafiq müddəalar hakimiyyət tərəfindən təsdiq edilmiş 2024-2028-ci illər üçün inkişaf planının mətnində yer alıb.

ABC.AZ xəbər verir ki, ümumiyyətlə, plan elektrik enerjisi sənayesində nüvə texnologiyalarının tətbiqini artırmaq, ölkədə “elektrik enerjisi istehsalı mənbələrinin portfelinə AES əlavə etmək” vəzifəsini qoyur. Məqsəd, həmçinin Türkiyə sənayesinin nüvə enerjisi və texnologiyaları sahəsində iştirakını artırmaqdır. Hakimiyyət hələ də 2053-cü ilə qədər sıfır emissiyaya nail olmaq niyyətindədir. Elektrikləşdirmənin miqyasının artırılması zərurətini nəzərə alaraq, daha təmiz enerji mənbələrinin istifadəsinə diqqət yetiriləcək, bərpa olunan mənbələr enerji sisteminə daha səmərəli inteqrasiya ediləcək.