Rusiyanın “Qazprom” şirkəti Özbəkistana qaz tədarükünü rekord həddə çatdırıb

15:01 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. “Qazprom” Özbəkistana qaz tədarükünü rekord həcmdə artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Dekabr ayında Özbəkistana da şaxtalar gəldi və bizim özbək dostlarımız, həmkarlarımız Özbəkistana qaz tədarükünü imzalanmış müqavilə üzrə gündəlik öhdəliklərimizdən iki dəfə çox olan həcmdə artırmağı xahiş etdilər. Hal-hazırda dekabr ayında Özbəkistana “Orta Asiya – Mərkəz” qaz kəməri ilə maksimum qaz həcmini çatdırırıq, - deyə Aleksey Miller qeyd edib.