“Grupo Carso” “PetroBal” şirkətinin Ichalkil və Pokoch neft yataqlarındakı 50%-ni əldə edir

15:01 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Carlos Slim tərəfindən idarə olunan Grupo Carso SAB Meksika konglomeratı, “PetroBal”ın Meksikadakı iki neft layihəsindəki payını 530 milyon dollara satın alır. Əqd nəticəsində şirkət Ichalkil və Pokoch yataqlarında 50% alacaq.

ABC.AZ xəbər verir ki, indi yataqlarda hasilat gündə təxminən 16,350 barel neft ekvivalentindədir.

“PetroBal”, 2016-cı ildə “Fieldwood Energy” ilə konsorsium çərçivəsində Ichalkil və Pokoch yataqlarını əhatə edən ərazilərdə kəşfiyyat və hasilat hüquqlarını, 2021-ci ilin iyul ayında “Lukoil”, “Fieldwood Energy” layihədəki 50% payını əldə etmişdi.

Ichalkil və Pokoch yataqlarında sənaye hasilatı 2021-ci ilin sonlarında başlamışdır.