10:23 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32 olan “İstilikenerjitikintiquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 1 fevral 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 ünvanda yerləşən inzibati binada keçiriləcək.
ABC.AZ xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyi aşağıdakılardır:
1. Bir qrup səhmdarların “İstilikenerjitikintiquraşdırma” ASC-dən ayrılması barədə və yeni hüquqi şəxslərin yaradılması
2. “İstilikenerjitikintiquraşdırma” ASC-nin nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi
3. İcra orqanlarının formalaşdırılması
4. Yeni yaranmış MMC-lərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi;
5. Dəyişiklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
8 Avqust 2026
8 Avqust 2026