Braziliyanın “Petrobras” şirkəti Equatorial Margin bölgəsində kəşfiyyat quyusu qazmağa başlayıb

16:51 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Braziliyanın “Petroleo Brasileiro S.A.” (“Petrobras”) şirkəti Pitu Oeste quyusunun qazılmasına başlayıb. Bu, şirkətin ekvatorial zonada (Equatorial Margin) karbohidrogen kəşfiyyatı üzrə səylərini bərpa edir.

ABC.AZ xəbər verir ki, Equatorial Margin Braziliya sahili boyunca Rio Grande do Norte əyalətindən Amapaya qədər uzanır.

Rio Grande do Norte sahillərindən 53 km məsafədə, BM-POT-17 yeraltı hissəsinin lisenziyalı hissəsində yerləşən quyunun qazılması 3 ilə 5 ay çəkəcək.

“Petrobras”, Pitu Oeste quyusu sayəsində yerin təki haqqında daha çox geoloji məlumat əldə edəcək və bu, 2014-cü ildə Pitu quyusunda edilən kəşfin miqyasını təsdiqləməyə imkan verəcək.