Proqnoz: Avropada çox il ərzində qazın qiyməti yüksək olaraq qalacaq

17:20 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Uzunmüddətli perspektivdə Avropa sənaye müəssisələri və adi vətəndaşlar üçün qaz qiymətləri ən azı 2031-ci ilə qədər yüksək olaraq qalacaq. Bu barədə Moody's reytinq agentliyindən bildiriblər.

ABC.AZ xəbər verir ki, mütəxəssislər proqnoz veriblər ki, yeraltı anbarlarda 2023-cü ilin istilik dövrü üçün rekord yanacaq ehtiyatına baxamayaraq, bölgədə yüksək qaz qiymətləri davamlı olaraq qalacaq. Analitiklər xəbərdarlıq ediblər ki, bu qış Avropa müəssisələri və ev təsərrüfatları üçün qaz tarifləri 2015-2019-cu illərin orta səviyyəsindən xeyli yüksək olaraq qalacaq.