10:24 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Elmi və texnoloji inkişaflar Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-a istixana qazı tullantılarının sıfıra endirilməsi üzrə öhdəliklərini yerinə yetirməyə imkan verəcək.
ABC.AZ xəbər verir ki, bu barədə ötən gün Azərbaycan-Türkiyə investisiya forumunda SOCAR prezidenti Rövşən Nəcəf bildirib.
“2050-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyirik. Düşünürəm ki, mövcud elmi araşdırmalar bu hədəflərə qısa müddətdə çatmağımıza imkan verəcək”, — deyə o bildirib.
R.Nəcəf qeyd edib ki, hazırda Azərbaycanda bir sıra şirkətlərlə "yaşıl" enerji ilə bağlı layihələr həyata keçirilir.
21 Avqust 2026