Qırğızıstan parlamenti Dövlət bayrağının dəyişdirilməsi haqqında qanun qəbul edib

11:34 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Qırğızıstan parlamenti ikinci və üçüncü oxunuşlarda ölkənin dövlət bayrağının təsvirində dəyişiklik edən “Qırğız Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər qəbul edib.

ABC.AZ xəbər verir ki, məlumata görə, qanun layihəsi Qırğızıstan Respublikasının əsas dövlət simvollarından biri olan Qırğızıstan Respublikasının bayrağının təkmilləşdirilməsinə yönəlib.

“Təklif Qırğızıstan Respublikasının bayrağındakı şüaların dalğalı şəklindən günəşin şüalarına aydın şəkildə bənzəyən bir formaya dəyişdirməkdir”, — deyə məlumatda bildirilir.