11:22 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. 2023-cü ildə Çexiya Azərbaycan xam neft alışını yüksəlib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin ilk 11 ayında ümumilikdə Çexiya 1 milyon 135.96 min ton xam neft alıb.
Bunun da idxal dəyəri $682,89 milyon təşkil edib. Alış illik müqayisədə 24.5 faiz yüksəlib.
Mərkəzi Avropa ölkəsi son iki aydan ölkəmizdən aktiv neft alışlarını davam etdirib. Məsələn, oktyabrda 172.23 min ton ($123.48 mln.) və noyabrda 46.93 min ton ($29.23 mln.) xam neft alıb.
Neftin bir tonunu Azərbaycan Çexiyaya ötən il $791.6-ya satdığı halda, cari ildə orta qiymət 24 faiz daha ucuz, $601.1-ə satılıb.
21 Avqust 2026