Son 9 ayda Azərbaycanda 1734,2 min ton dizel yanacağı istehsal edilib

15:52 - 12.10.2023


12 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1734,2 min ton dizel yanacağı istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dizel yanacağı istehsalı 289 min ton və ya 20% artıb.

2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 445,2 min ton təşkil edib.

2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 95,8  min ton təşkil edib.

Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 min ton yaxud 25,6% çoxdur. 

2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 76,3 min ton olub.