Fransa şirkəti Azərbaycan bazarını tərk edir

11:12 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.

ABC.AZ xəbər verir ki, Azərbaycandan gedən Fransanın Sade Compagnie Generale de Travaux D’ Hydraulique səhmdar cəmiyyətinin Azərbaycan Respublikasındakı filialıdır. Adıçəkilən filial artıq ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat PR. küçəsi, ev 35, mənzil 19 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, filial Azərbaycanda 2010-cu ildə dövlət qeydiyyatına alınıb.