Əhalinin bir nəfəri ticarət mərkəzlərində orta hesabla ayda 440,1 manat xərcləyib

16:29 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı pərakəndə ticarətin həcmi açıqlanıb. Məlum olub ki, sözügedən dövrdə istehlakçılara 35,7 milyard manatlıq məhsul satılıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu il pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2 %, fərdi sahibkarlar üzrə 3,8%, bazar və yarmarkalarda 3,1% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,1 manatlıq, o cümlədən 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.