15:10 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Azərbaycan region ölkələri arasında siqaretin ən yüksək qiymətə satıldığı ölkə ünvanını əldə edib.
ABC.AZ araşdırma portalarından olan "numbeo"ya istinadən bildirir ki, region ölkələri arasında siqaret ən yüksək qiymətə Azərbaycanda satılır.
Müqayisə üçün bildirək ki, bir qutu "Marlboro" siqaretinin qiyməti Azərbaycanda 3,5 dollardısa (6 manat), Türkiyədə bir qutu "Marlboro" siqaretinin qiyməti 1,9 dollara (50 lirə) satılır.
Şimal qonşumuz Rusiyada bir "paçka" "Marlboro"nun qiyməti 2,2 dollar (220 rubl) təşkil edir.
“Numbeo”nun məlumatına görə region ölkələrindən İranda bir "paçka" "Marlboro"nun qiyməti 2,1 dollara, Ukraynada 2,2 dollara, Ermənistanda 2,4 dollara, Gürcüstanda 3 dollara satılır.
Məlumat üçün qeyd edək ki, bir "paçka" "Marlboro"nun ən baha satıldığı ölkələrin siyahısında ilk sıranı Avstraliya (26 dollar), Yeni Zelandiya (23 dollar) və İrlandiya (16 dollar) tutur.
Onu da bildirək ki, Azərbaycanda ən böyük siqaret istehsalçısı “Tabaterra” QSC hesab olunur.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026