10:33 - 8.09.2023
8 sentyabr, Fineko/abc.az. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, üzərində pəhriz üçün yazılan çörəklər düzgün bişirilmir. Onların sadəcə adı pəhriz üçündür. Bu çörəklərdən istifadə artıq çəkiyə də səbəb olur.
ABC.AZ xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb. Süjetdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov pəhriz çörəyi adı altında çoxsaylı çörək növlərinin satıldığını bildirib.
“Bu çörəklərin baha olması onların tam pəhriz çörəyi olması demək deyil. Bəzən görürük ki, 72 saatdan artıq qalmış pəhriz çərəkləri xarab olmur. Bu o deməkdir ki, həmin çörəklərə kimyəvi maddələr qatılır”.
Diyetoloq Ləman Süleymanova isə qeyd edib ki, pəhriz çörəklərinə çay qalığı, rəngverici inqridentlər əlavə edilir. Bu da xərçəng xəstəliyinə səbəb ola bilər.
Həmin süjeti sizə təqdim edirik:
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026