Bərgüşadçay su anbarı ilə 8,8 min hektar torpaq sahəsi suvarılacaq

15:27 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. Bərgüşadçay su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına 24.11.2022-ci ildə başlanılıb və 24.09.2024-cü il tarixinə yekunlaşdırılması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, su anbarının həcmi 67 milyon kubmetrdir.

"İşlərin 25%-i yerinə yetirilib. Su anbarından əhalinin içməli su təchizatı ilə bağlı alternativ təkliflər hazırlanır. Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan magistral suvarma kanalının layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda təqribən 8,8 min hektar yeni torpaq sahəsinin suvarılması və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılması, habelə Beyləqan İmişli, Saatlı, Sabirabad rayonlarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur", - deyə D.Şərifov qeyd edib.