Kosmik obyektlər dövlət reyestrində qeydiyyata alınacaq

17:30 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. Azərbaycanda kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsi ilə bağlı kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydası hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması qaydasının layihəsini, həmçinin Kosmik Agentliyinin (“Azərkosmos”) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı hazırlanıb 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir.