10:06 - 6.07.2023
6 iyul, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib.
ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, bundan əvvəl qurum özəl internet provayderlərinə göstərilən xidmətin tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən də daxil olmuş müraciətlər əsasında “Aztelekom” və "Baktelecom" barədə iş qaldırıb.
İşə baxılması zamanı Cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən Cəmiyyətlərin bir sıra qanunvericilik aktlarının tələblərini pozması müəyyən olunub. Hər iki şirkətə qarşı sanksiya tətbiq edilib.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026