"Şahdağ Turizm Mərkəzi"nin zərəri 100 milyon manata yaxınlaşıb

11:10 - 19.06.2023


19 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8,688 milyon manat zərərlə başa vurub.

ABC.AZ xəbər verir ki, səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 37 % çoxdur.

Son nəticədə dövlət şirkətinin yığılmış zərəri 9,8 % artaraq 97,177 milyon manata çatıb.

Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri 9,608 milyon manat (əvvəlki ilə nisbətən 56,3 % çox), qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 12,077 milyon manat (13,6 % az), sair gəlirləri 0,784 milyon manat (38,4 % az), satışının maya dəyəri 12,044 milyon manat (16,9 % çox), inzibati xərcləri 16,299 milyon manat (11,2 % çox), maliyyə xərcləri 153 min manat (8,1 dəfə çox), gəlirdən çıxılan vergilər üzrə xərcləri isə 2,66 milyon manat (4,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 302,204 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 37,3 % azalaraq 1,874 milyon manata, balans kapitalı isə 2,8 % azalaraq 300,33 milyon manata düşüb.