SİMA-nın iki yeni məhsulu təqdim edildi

16:25 - 13.06.2023


13 iyun, Fineko/abc.az. “AzInTelecom” MMC Bakıda təşkil olunan “Fintex Summit 2023 – Maliyyə və Texnologiya Ekspo” sammitində iştirak edib.

ABC.AZ xəbər verir ki, “AzInTelecom” MMC sammitdə stendlə çıxış edib və əməkdaşlar tərəfindən tədbir iştirakçılarına SİMA brendinin məhsulları ilə bağlı ətraflı məlumatlar təqdim olunub.

Sammitdə “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasının iki yeni məhsulu – SİMA Data və SİMA Biometriya ilk dəfə olaraq ictimaiyyətə təqdim edilib.

Şirkətin stendinə yaxınlaşaraq məhsullar barədə sorğuda iştirak edən hər kəsə hədiyyələr verilib və yüksək nəticə göstərən iştirakçılar isə xüsusi mükafatlarla təltif olunub.