10:06 - 13.06.2023
13 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları üzrə Azərbaycanda neft-kondensat hasilatının həcmi 12,7 milyon ton, ixracı isə 10,6 milyon ton olub.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviterdə bildirib.
Nazir əlavə edib ki, bu dövrdə 3 % artımla hasil edilmiş 20,2 milyard kubmetr təbii qazın isə 10,3 milyard kubmetri ixrac olunub.
Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026