Avropada qaz ucuzlaşdı

10:25 - 23.05.2023


23 may, Fineko/abc.az. Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, sözügedən hərracdan sonra qazın qiyməti 320 ABŞ dolları səviyyəsinə enib.

Bu da öncəki hesablama qiyməti (337 dollar) ilə müqayisədə 4,5% azdır.