15:29 - 19.05.2023
19 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında əmtəə qazının hasilatı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda təbii qaz hasilatı 16,142 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 12,215 milyard kubmetr təşkil edib. Sözügedən dövrdə təbii qaz hasilatı isə illik hesablamada 2,5 faiz artıb.
21 Avqust 2026