Hindistanın Rusiyadan aldığı neftlə bağlı Dehli və Brüssel arasında anlaşılmazlıq yaranıb

10:06 - 17.05.2023


17 may, Fineko/abc.az. Rusiya xam nefti Hindistanda emal edildikdən sonra ona Rusiya malı kimi baxıla bilməz və Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qala bilməz.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar AB və Hindistan rəsmiləri arasında keçirilmiş görüş zamanı bildirib.

Görüşdən sonra keçirilmuş mətbuat konfransında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, AB-nin Rusiya neftindən istifadə edərək Hindistandan gələn emal olunmuş neft məhsullarına sanksiya ilə bağlı məsələ hazırda İttifaqın gündəmində deyil.