14:17 - 12.05.2023
12 may, Fineko/abc.az. Növbəti il planlaşdırılmış profilaktik işlərin aparılması üçün SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunun fəaliyyəti dayandırılacaq.
ABC.AZ xəbər verir ki, bunu “SOCAR Türkiyənin Emal və Neft-Kimya İş Birliyi”nin rəhbəri – "PETKİM Petro-kimya Holding"in baş direktoru Anar Məmmədov bu gün Petkimdə SOCAR Türkiyə və onun törəmə qurumlarının fəaliyyəti ilə bağlı Azərbaycan mediası üçün İzmirdə təşkil edilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlər aparılacaq.
Anar Məmmədov qeyd edib ki, zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi 4 ildən 5 ilədək uzadılacaq. Müəssisənin təqribən iki aylıq planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir və zavodun planlı təmirlərə dayandırılması, tezliliyin uzadılması maliyyə baxımından müsbət təsir təsir göstərəcək. Belə ki, bu, 40 mln. dollar civarında qənaət deməkdir.
21 Avqust 2026