10:31 - 10.05.2023
10 may, Fineko/abc.az. İtaliyanın enerji şirkəti “Eni SpA” Rusiyanın “Qazprom”” şirkətinə qarşı arbitraj prosesinə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, arbitraj prosesini Ukraynaya hərbi təcavüzdən sonra Rusiyanın İtaliyaya qaz nəqlini dayandırması ilə əlaqədar başladıb. Şirkətin baş direktoru Klaudio Dekalzinin sözlərinə görə, 2022-ci ilin iyununda “Qazprom” tədarükünü yenidən azaltmağa başlasa da, aprelin 29-na Rusiyadan İtaliyaya qaz axını demək olar ki, sıfıra düşüb.
İtalyan şirkəti Əlcəzair, Misir, Mozambik, Konqo və Qətər kimi hasil edən ölkələrlə əlaqələrdən istifadə edərək 2025-ci ilə qədər Rusiya qazının həcmini tamamilə əvəz etməyi hədəfləyir.
21 Avqust 2026