12:04 - 4.05.2023
4 may, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 1 milyard 697,58 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10% çoxdur.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin fevral ayında Azərbaycandan Türkiyəyə 815,73 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,12% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13,57%-i Azərbaycanın payına düşüb.
Azərbaycan fevralda Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qərarlaşıb. Birinci pillədə 34,37%-lə Rusiya, ikinci pillədə 16,99%-lə ABŞ, dördüncü pillədə 11,19%-lə Əlcəzair yer alıb.
21 Avqust 2026