14:09 - 2.05.2023
2 may, Fineko/abc.az. İlin sonunadək bütün icbari sığortalar üzrə kağız müqavilələr elektron müqavilələrlə əvəzlənəcək.
ABC.AZ xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib.
O bildirib ki, mayın sonunadək daşınmaz əmlakın icbari sığortası elektronlaşdırılacaq. İcbari Sığorta Bürosunun sistemi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya yekunlaşıb.
5 Avqust 2026
5 Avqust 2026