Zakir İbrahimov: “AzerGold” ölkə iqtisadiyyatına 2,2 milyard manat gəlir qazandırıb

16:59 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Son 10 il ərzində 2 yeni qızıl yatağının kəşfi, 4 mədənin və bir regional sənaye kompleksinin istifadəyə verilməsi nəticəsində “AzerGold” QSC hasilat və gəlir imkanlarını genişləndirib.

Bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov brifinqdə bildirib.

Qeyd olunub ki, şirkətin fəaliyyəti sayəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,2 milyard manat gəlir gətirilib, dövlət büdcəsinə isə 316,3 milyon manat vergi ödəanilib.

Z.İbrahimovun sözlərinə görə, növbəti mərhələdə əsas prioritetlər qızıl, mis, polimetal və dəmir filizi kimi yeni yataqların istismara verilməsi, müasir texnologiyalarla emal zəncirinin genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradan hazır məhsul istehsalına keçid olacaq.