Neft ucuzlaşır: Brent-in bir barreli 105,60 dollar təşkil edir

08:35 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markalı neftin qiyməti əvvəlki sessiyanın yekunlarına görə qeydə alınan artımdan sonra ucuzlaşır.

Saat 08:33-ə olan məlumata görə, ICE Futures Europe birjasında Brent neftinin noyabr fyuçersi $1,00 (0,94%) ucuzlaşaraq bir barreli üçün $105,60 təşkil edib. Sentyabrın 24-də baş tutan hərracların yekununda müqavilənin qiyməti $3,52 (3,41%) artaraq bir barreli üçün $106,60-a yüksəlmişdi.

New York Mercantile Exchange (NYMEX) birjasında WTI neftinin noyabr fyuçersi saat 08:33-ə qədər $1,60 (1,69%) ucuzlaşaraq bir barreli üçün $93,01 olub. Sentyabrın 24-də keçirilən hərracların yekununda müqavilənin qiyməti $2,45 (2,66%) artaraq bir barreli üçün $94,61 təşkil etmişdi.

Sentyabrın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent və WTI markalı neft qiymətləri arasındakı fərq (spred) bir barreli üçün $11,99 olub.