Gələn il müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat ayrılacaq

16:43 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Dövlət büdcəsində ən böyük xərc istiqamətlərindən biri hərbi-müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi olacaq.

Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində Baş nazir Əli Əsədov bildirib ki, hökumətin əsas və vacib prioriteti kimi nəzərdə tutulan bu sahəyə növbəti ilin dövlət büdcəsindən 8,8 milyard manat ayrılması planlaşdırılır ki, bu da ümumi büdcə xərclərinin 21 faizini təşkil edir.