“AzRe Təkrarsığorta” ASC-də rəhbər heyət yenilənir

12:32 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC-nin rəhbər heyətində dəyişiklik baş verib.

Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Lalə Əfəndiyeva sentyabr ayından etibarən şirkətdəki fəaliyyətini dayandırıb. Eyni zamanda, İdarə Heyətinin digər üzvü İvan Samsonov da vəzifəsindən ayrılıb. Xatırladaq ki, bir qədər əvvəl Asim Salamov da şirkətin Direktorlar Şurasının müstəqil üzvü postunu tərk etmişdi.

Qeyd edək ki, 2007-ci ildə yaradılan və 50 milyon manat nizamnamə kapitalı olan “AzRe Təkrarsığorta” ASC “Qala Sığorta”nın 100%-lik, “Qala Həyat Sığorta”nın isə 50%-lik səhmdarıdır. Şirkət 2025-ci ili 22.35 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə (24.24 mln. manat) müqayisədə 8% azdır.