Çin səhrada nəhəng günəş elektrik stansiyasını istifadəyə verdi

11:09 - 2.05.2023


2 may, Fineko/abc.az. Bərpa olunan enerji investisiyalarında dünya lideri olan Çin nəhəng günəş elektrik stansiyasını istifadəyə verib.

ABC.AZ xarici mtəbuata istinadən xəbər verir ki, yeni stansiya Çinin Tengger səhrasında yerləşir.

Sözügedən stansiya ölkədə quraq ərazilərdə tikilib istifadəyə verilən ilk elektrik stansiyadır.

Beləliklə, Çin Qobi səhrasının cənub ucunda yerləşən Tengger səhrasındakı günəş və külək layihəsinin birinci mərhələsini şəbəkəyə birləşdirib.

Tengger səhrası layihəsi ilə Çin ümumi günəş enerjisi gücünü 3 GVt-a çatdırmağı hədəfləyir.