14:37 - 1.05.2023
1 may, Fineko/abc.az. Rusiyadan Ermənistana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
ABC.AZ “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Qazprom-Armeniya” şirkəti yayıb.
Ermənistana qaz nəqli mayın 1-dən 4-nə qədər dayandırılıb. Buna səbəb “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir.
Qeyd olunub ki, həmin dövr ərzində əhalinin qaza olan tələbatı ölkənin daxili ehtiyatları hesabına qarşılanacaq.
21 Avqust 2026