Neft güclü enişdən sonra bahalaşır, Brent bir barel üçün $77.91 təşkil edir

08:55 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı hərracda bir gün əvvəl 3,6% düşdükdən sonra yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri saat 08:53–də $0,19 (0,24%) artaraq bir barel üçün $77,91-a çatıb. Aprelin 26-da Brent markalı neft fyuçersləri iyul ayı üçün $2,88 (3,57%) ucuzlaşaraq bir barel üçün $77,72-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun ayı üçün fyuçerslərinin qiyməti saat 08:53-də  $0,14 (0,19%) artaraq bir barel üçün $74,44-a yüksəldi. 26 aprel ticarətinin nəticələrinə görə,  WTI neftinin iyun fyuçerslərinin qiyməti $2,77 (3,59%), bir barel üçün $74,30-a düşdü.