Neft bahalaşır, Brent bir barelə $81,12 təşkil edir

09:35 - 26.04.2023


26 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən gün 2%-lik enişdən sonra çərşənbə günü keçirilən ticarətdə yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri saat 09:30–da $0,52 (0,65%) artaraq bir barelə $81,12-a çatıb. Aprelin 25-də Brent markalı neftin iyul fyuçersləri $1,94 (2,35%) ucuzlaşaraq bir barelə $80,60-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:30-da $0,46 (0,60%) artaraq bir barelə $77,53-a yüksəldi. 25 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti bir barelə $1,69 (2,15%) azalaraq $77,07-a düşüb.