Bizim hasilatımız və ixracımız böyüyəcək - Prezident

15:18 - 25.04.2023


25 aprel, Fineko/abc.az. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz tədarük etdik.

ABC.AZ xəbər verir ki, bunu Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu il bizim hədəfimiz 12 milyarddır:

"Bu isə bizim bu il 24,5 milyard kubmetr olmasını planlaşdırdığımız ümumi ixracımızın demək olar ki, yarısını təşkil edəcək. Əlbəttə bizim hasilatımız və ixracımız böyüyəcək. Çünki biz mövcud qaz yataqlarından hasilatı artıracağıq və qarşıdakı illərdə yeni yataqlarda təbii qaz istehsalını gözləyirik”.