15:05 - 25.04.2023
25 aprel, Fineko/abc.az. Azərbaycan Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Prezident İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək: “Ötən ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum əsasında biz 2027-ci ilədək Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq" deyə İ.Əliyev qeyd edib.
21 Avqust 2026