İlham Əliyev SOCAR-ın Bolqarıstanda ofisinin açılışına qatıldı - Fotolar

14:55 - 25.04.2023


25 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bolqarıstanda səfərdədir.

ABC.AZ xəbər verir ki, aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Prezident İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.