“Netflix”in mənffəti azaldı, abunəçiləri isə artdı

10:55 - 19.04.2023


19 aprel, Fineko/abc.az. “Netflix”in bu ilin birinci rübündə xalis mənfəəti azalıb.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, şirkətin mənfəətinin azalması “Netflix”in açıqladığı hesabatda əksini tapıb.

Belə ki, ilin ilk rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 3,7 artaraq 8,2 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin gəliri 7,9 milyard dollar olub.

Şirkətin xalis mənfəəti isə birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalaraq 1,3 milyard dollara düşüb. Keçən ilin birinci rübündə isə “Netflix”in xalis mənfəəti 1,6 milyard dollar olmuşdu. Mənfəəti azalsa da “Netflix”in abunə sayında artım müşahidə olunur. Belə ki, şirkətin abunəçiləri ilin birinci rübündə təxminən 1,8 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı artaraq 232,5 milyon nəfərə çatıb.

Müəllif: Elmri Murad